Modern.az

Sənayemizin irəliləyən və geriləyən SAHƏLƏRİ

Sənayemizin irəliləyən və geriləyən SAHƏLƏRİ

İqtisadiyyat

11 Fevral 2026, 11:31

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2026-cı ilin yanvar ayında 4,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,5 faiz çoxdur.

Məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.

Sənaye məhsulunun 56,4 faizi mədənçıxarma sektorunun, 35,2 faizi emal sektorunun, 7,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşüb.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,7 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 92,7 faiz, elektrik avadanlıqlarının istehsalı 53,2 faiz, tikinti materiallarının istehsalı 39,3 faiz, tütün məmulatlarının istehsalı 37,4 faiz, kağız və karton istehsalı 26,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 20,3 faiz, poliqrafiya məhsullarının istehsalı 8,2 faiz, geyim istehsalı 3,9 faiz artıb.

Bununla yanaşı, mebel istehsalı 0,3 faiz, qida məhsullarının istehsalı 0,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 3,9 faiz, içkilərin istehsalı 6,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 6,7 faiz, maşın və avadanlıqların istehsalı 10,8 faiz, neft məhsullarının istehsalı 16,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 21,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 26,7 faiz, hazır metal məmulatlarının istehsalı 28,5 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 2,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7 faiz azalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Raketlər İrana tuşlandı - Hücum başlayır - Xəbəriniz Var?