Modern.az

Vens effekti: Azərbaycana ABŞ-dən böyük investisiyalar gələcək

Vens effekti: Azərbaycana ABŞ-dən böyük investisiyalar gələcək

İqtisadiyyat

11 Fevral 2026, 15:36

Ötən gün ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər edib. Vens ölkə başçısı İlham Əliyevlə görüşüb. Görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Xartiyada iqtisadi-regional bağlantılar, o cümlədən enerji, ticarət və tranzit, iqtisadi sərmayələr, o cümlədən süni intellekt (AI) və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq məsələləri də yer alır.

Azərbaycanla ABŞ arasında imzalanan bu xartiyanın iqtisadi baxımdan bizə nələr vəd etdiyi, hansı dividendləri gətirəcəyi əsas nüansdır.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komistəsinin sədr müavini Azər Badamov bildirib ki, Strateji Tərəfdaşlıq Xartiyası özündə bir sıra iqtisadi sahələri əhatə edir:

"8 avqust 2025-ci ildə Vaşinqtinda dövlət başçılarımızın görüşü və imzalnmış sənədlərdən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin regionumza səfər etməsi və Bakıda imzalanmış sənədlər ABŞ-nin Vaşinqton razılaşmalarına sadiqliyini bir daha təsdiq etmiş oldu.  

Belə ki, Prezident İlham Əliyev və Vens arasında arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının bazisində ölkələrimizin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə təsdiq olunması dayanır. Bu, ABŞ-nin Azərbaycanı regionda mühüm strateji tərəfdaş kimi tanıdığını göstərən siyasi sənəddir.

Sənəddə əməkdaşlıq istiqamətləri müəyyən olunur. Sənəd özündə enerji və iqtisadi əməkdaşlıq, texnologiya və innovasiya sahələri, regional layihələri və nəqliyyat dəhlizləri və təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva edir.

TRIPP layihəsinin ərsəyə gəlməsi regionda əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Bu təkcə yük və sərnişin daşımaları ilə kifayət etməyəcək, həm də enerji və rəqəmsal dəhlizlərin əmələ gəlməsini də aktuallaşdıracaq.  Belə ki, Avrasiya regionu Azərbaycan üzərindən birləşəcək və bu, ölkəmizə iqtisadi dividentlər gətirməklə yanaşı siyasi mövqelərimizi də möhkəmləndirməklə regionumza davamlı sülh gətirəcək".   

A.Badamov qeyd edib ki, yaxın bir neçə ildə Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi mərhələli şəkildə artacaq:

"Ötən il 2025-ci ildə Azərbaycanla ABŞ arasında 1,6 milyard dollara yaxın ticarət dövrüyyəsi olub:Bu ölkəmizin xarici dövriyyəsinin 3,15%-ni təşkil edir və ABŞ-nin 6-cı yerdə olan xarici tərəfdaşımız olduğunu göstərir. Amma potensial çox böyükdür. Belə ki, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında razılaşdırılmış sahələrdə əməkdaşlığın genişlənməsi ölkələrimiz arasında ticarət dövriyyəsinin də artmasına səbəb olacaq. Düzdür, bu sənəddə qarşılıqlı ticarət gözəştləri nəzərdə tutulmasa da, regional layihələrdə birgə iştirakımız, ölkə iqtisadiyyatına əlavə investisiyaların yerləşdirlməsi, texonolji sahələrdə əməkdaşlığın genişləndirlməsi nəzərdə tutulub. Bu da yaxın bir-neçə ildə mərhələləli şəkildə ölkələrimiz arasında dövriyyənin artmasına töhfə verəcək.

Bayden-Blinken administrasiyası dövründə Azərbaycan-ABŞ münasibətləri tarixin minimumuna düşmüşdü.  ABŞ-nin vitse-prezidenti Vens prezident İlham Əliyevlə görüşü zamanı da bu məsələyə xüsusilə toxunaraq əvvəlki administrasiyanın Azərbaycana qarşı sərsəm siyasət yürütdyünü qeyd etdi və qarşıdan gələn üç ildə ölkələrimizarası münasibətlərin daha inkişaf edəcəyini bildirdi. Bu sənədin imzalanması ilə Azərbaycan dünyanın ən güclü ölkəsi ilə strateji tərəfdaş olur. Bu, təbii ki, hərtərəfli əlaqələrin inkişaf etdirlməsinə, regionumuzda sülhün dayanıqlı olmasına və əməkdaşlığın genişlənməsinə xidmət edəcək".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da vurğulayıb ki, ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri iki ölkə arasında yeni səhifə açacaq:

"Bir tərəfdən ölkələr Strateji Tərəfdaşlıq Xartiyası imzaladılar. Bu o deməkdir ki, Azərbaycanla ABŞ arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Digər tərəfdən Azərbaycanla ABŞ arasında yalnız ticarət əlaqələrinin deyil, eyni zamanda sərmayənin cəlb olunması da daxil olmaqla bir sıra investisya layihələrində birgə əməkdaşlıq müşahidə olunacaq. Bir tərəfdən Amerika Birləşmiş Ştatları üçün qeyri-neft ixracatında artımların olacağı gözlənilir, digər tərfədən isə xüsusi gözlənti ABŞ-dən daha çox sərmayənin cəlb edilməsi, texnologiya, innovasiya transferi ilə bağlıdır. Təbii ki, Azərbaycanın həm də Orta Dəhlizin regiondakı əsas ölkələrindən biri olması faktını nəzərə almaq lazımdır. ABŞ ilə  Mərkəzi Asiya arasında əməkdaşlıq güclənir. Bununla da təbii olaraq Azərbaycan eyni zamanda Mərkəzi Asiya ilə Avropa arasında körpüdür".

Deputatın fikrincə, bu baxımdan Mərkəzi Asiyadan nadir torpaq elementlərinin Azərbaycan üzərindən daşınması da Azərbaycanın geosiyasi əhəmiyyətini artıracaq faktorlardan biridir:

"Eləcə də ölkə üzrə daşınan beynəlxalq yüklərin həcminin artmasının və dövlət gəlirlərimizin artmasına imkan verəcək. Ona görə də birmənalı şəkildə tərəflər arasında yeni strateji əməkdaşlıq iqtisadi baxımdan Azərbaycan üçün yeni dvidentlər vəd edir".

İqtisadçı ekspert Əkrəm Həsənov isə məsələni belə şərh edib:

"Ceyms Devid Vensin səfəri daha çox geosiyasi xarakter daşıyır. Bununla ABŞ Cənubi Qafqazın Rusiyanın maraq dairəsindən çıxdığını və onun maraq dairəsinə daxil olması mesajını verir. Lakin Cənubi Qafqazı özünə cəlb etmək üçün ABŞ müəyyən iqtisadi maraq yaradır. Azərbaycan özünü tranzit ölkə kimi göstərir. Bizim belə bir üstünlüyümüz mövcuddur".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Bakını müharibə ilə hədələdi