Modern.az

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb 

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb 

İqtisadiyyat

12 Fevral 2026, 09:42

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dollar artıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları və ya 1,49 % artaraq 72,2 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı