Modern.az

Bakının bu ərazisindəki evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?

Bakının bu ərazisindəki evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?

İqtisadiyyat

12 Fevral 2026, 10:40

Bakının Nəsimi rayonu ərazisindəki qəzalı evlər söküləcək.

Modern.az xəbər verir ki, Mirəli Qaşqay, 34 ünvavanında 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbəli evlərə artıq baxış keçirilib.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları ərazidəki mənzillərin ölçülərini də götürüblər. Lakin sakinlər mənzillərin ölçülərinin evin iç divarlarından hesablanmasından narazılıqlarını bildiriblər. Mənzillərin hər kvadratmetrinə düşən məbləğlə bağlı isə hələ heç nə deyilməyib.

İlkin ehtimala görə, ərazidə park salınacaq.

Söküntü ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, qeyd edilən ünvan qəzalı binaların siyahısına daxil edilib və yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək ətraflı məlumat veriləcək. ("Xəzər TV")

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!