Modern.az

Banka qoyulan əmanətin mənbəyi nə zaman araşdırılır? 

Banka qoyulan əmanətin mənbəyi nə zaman araşdırılır? 

İqtisadiyyat

13 Fevral 2026, 09:07

Bəzi hallarda banka əmanət yerləşdirmək istəyən vətəndaş yerləşdirdiyi pulun mənbəyini göstərmək tələbi ilə qarşılaşır. Vətəndaşların bir qismi banklara hesabat verməyi düzgün hesab etmirlər. Bəs qanun bu barədə nə deyir? Bank əmanətin mənbəyini sorğulamaq hüququna malikdir?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə Haqqında Azərbaycan Respublikasının Qanunu" ndan və bununla əlaqədar digər qanunvericilik aktlarından irəli gələn səlahiyyətə görə bank əməkdaşı vətəndaş tərəfindən yatırılan pulun mənbəyini soruşa bilər:

"Əslində, mənbəyi ciddi sorğu-suala səbəb olan məbləğ 20 min manatdan yuxarıdır. Bununla belə bank işçisində müəyyən şübhələr yaranıbsa, bu məbləğdən az olsa da soruşa bilər".

Hüquqşünas Sadiq Əfəndiyev Modern.az - a bildirib ki, bank əməkdaşları vətəndaşları sorğu-sual etsə belə bu yöndə hüquqi mexanizm tam işlək deyil.

"Vətəndaşın verdiyi cavabdan asılı olmayaraq bank müvafiq sənəd əsasında axtarışı sonadək icra etmir", - deyə Sadiq Əfəndiyev əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev Rusiyada kimlərə zəng edib? - ŞOK DETALLAR