Modern.az

Həbsxanalar üçün 6.5 milyon manat ayrıldı

Həbsxanalar üçün 6.5 milyon manat ayrıldı

İqtisadiyyat

13 Fevral 2026, 17:20

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təchizat İdarəsi qurumun tabeliyindəki müəssisələrin təminatını gücləndirmək məqsədilə iri həcmli satınalma elan edib.

Modern.az xəbər verir ki, müsabiqə çərçivəsində müxtəlif növ yumşaq inventarların satın alınması nəzərdə tutulur.

Layihənin ehtimal olunan qiyməti 6.499.086,00 azn (altı milyon dörd yüz doxsan doqquz min səksən altı manat) təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?