2025-ci ildə nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 14261,4 min ton, avtomobil nəqliyyatı ilə 11046,1 min ton və dəniz nəqliyyatı ilə 7229,7 min ton yük daşınıb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 16909,8 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8173,2 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 9289,0 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 5804,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 533,6 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,2 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 42,3 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 93,3 faizini tranzit yüklər təşkil edib.