Modern.az

Azərbaycanda bu kəndlərin kanalizasiyası olacaq 

Azərbaycanda bu kəndlərin kanalizasiyası olacaq 

İqtisadiyyat

17 Fevral 2026, 10:03

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və "Böyük Qayıdış" proqramı çərçivəsində Ağdam rayonunda mühüm infrastruktur layihəsinə start verilir.

Modern.az xəbər verir ki, "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" Publik Hüquqi Şəxsi rayonun Qərvənd və Eyvazxanbəyli kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi üçün irimiqyaslı tender elan edib.

Müsabiqənin ehtimal olunan qiyməti 19.149.353,88 azn təşkil edir.

Layihə çərçivəsində hər iki kənddə müasir standartlara cavab verən xarici su təchizatı şəbəkəsinin və kanalizasiya sistemi qurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar