Modern.az

Azərbaycanda bu ərazilərdə 1100 yeni iş yeri yaradılıb

Azərbaycanda bu ərazilərdə 1100 yeni iş yeri yaradılıb

İqtisadiyyat

24 Fevral 2026, 11:22

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident qeydiyyatdan keçib. 2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, ki, bunun da 1,1 milyard manatı ixracın payına düşüb.

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

Qeyd olunub ki, Ağdam Sənaye Parkı qısa müddətdə regional iqtisadi mərkəzə çevrilib. Burada 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib, 145,8 milyon manat investisiya yatırılıb və 1000-ə yaxın daimi iş yeri yaradılıb. Rezidentlərin sayına görə park artıq ölkədə ikinci yerdədir.

“işə qəbul zamanı yerli əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, həm də ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun da 62,3 milyon manatlıq hissəsi ixrac olunmuşdur”, - deyə o bildirib.

Məlumatda Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında isə 19 rezident və 3 qeyri-rezident qeydiyyatdan keçdiyi, parka 43,8 milyon manatdan çox investisiya yatırıldığı və 100-ə yaxın iş yeri yaradılığı qeyd edilib.

“Bununla yanaşı, Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabul sənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsalın genişləndirilməsi və yeni layihələrin icrası davam etdirilir.

2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkında da hazırda zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.

Məlumat üçün bildirim ki, sənaye zonalarında 2025-ci ildə 25 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident statusu alıb. 14 yeni müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələr tərəfindən 136 milyon manat investisiya yatırılıb və 1100 daimi iş yeri yaradılıb. Həmçinin, sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri nəticəsində rezidentlər ötən il 42 milyon manatdan artıq vəsaitə qənaət ediblər”, - Seymur Adıgözəlov deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı