Xarici ölkələrdən cəlb olunan sərmayədə artım müşahidə olunur. İndiyədək sənaye zonalarına ümumilikdə 438,7 milyon manat investisiya cəlb olunub.
Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.
O qeyd edib ki, investor ölkələr, daha çox, Almaniya, Çin, Türkiyə, BƏƏ, Litva Pakistandır.