2026-cı ildə bir sıra sənaye parklarında açılış və təməlqoyma mərasimləri nəzərdə tutulub.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov Modern.az-a bildirib ki, gələn il Sumqayıt, Ağdam, Araz vadisi İqtisadi Zonası, Pirallahı və Hacıqabul sənaye parklarında yeni müəssisələrin istifadəyə verilməsi və bir sıra layihələrin təməlqoyması planlaşdırılır. Layihələrin icrası nəticəsində ümumilikdə 3000-ə yaxın yeni iş yerinin yaradılması gözlənilir.
Sədr əlavə edib ki, Mingəçevir şəhərində dəyəri 153 milyon manat olan tekstil müəssisəsi də fəaliyyətə başlayacaq.