Modern.az

Anar Kərimova daha bir vəzifə verildi

Anar Kərimova daha bir vəzifə verildi

İqtisadiyyat

Bu gün, 13:33

Maliyyə nazirinin birinci müavini Anar Kərimova daha bir vəzifə verilib.

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Anar Kərimov “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dən aldığı problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasına yeni sədr təyin olunub.

Qeyd edək ki, Komissiyanın əvvəlki sədri maliyyə nazirinin sabiq müavini Azər Bayramov idi. (Qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!