Dövlət Sərhəd Xidməti tərəfindən qiyməti 2.870.395,71 azn olan genişmiqyaslı satınalma elan edilib.
Modern.az xəbər verir ki, Xidmət mühəndis materialları, avadanlıqlar və işçi alətlərinin tədarükünü, binalarda yanğından mühafizə və müasir müşahidə sistemlərinin quraşdırılmasını, həmçinin yuyucu vasitələrin, təmizlik ləvazimatlarının və printer katriclərinin satınalınması ilə yanaşı onların təmiri və doldurulması xidmətlərini satın alacaq.