Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

Bu gün, 10:02

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,71 % azalaraq 71,46 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
AMEA-da rüsvayçılıq: Alimlərimizi niyə yuxuya getdi?