Eşitmə aparatlarının satın alınması üzrə 2,5 milyon manatlıq tender elan edilib.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki "Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsi genişmiqyaslı satınalma müsabiqəsi elan edib.
Müsabiqə çərçivəsində ölkə üzrə eşitmə qabiliyyəti məhdud olan şəxslərin reabilitasiyası üçün zəruri olan eşitmə aparatlarının satın alınması nəzərdə tutulur.
Tenderin qiyməti 2 570 630,00 azn-dir.
Qeyd edək ki, bu satınalma dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.