ABŞ və İsrailin İrana endirdiyi zərbələr Yaxın Şərqdə yeni münaqişə riskini artıraraq qlobal bazarlarda narahatlıq yaradıb.
Modern.az xəbər verir ki, Donald Trump əməliyyatın təhlükəsizlik təhdidini aradan qaldırmaq məqsədi daşıdığını bildirib.
Ekspertlər qeyd edirlər ki, gərginliyin əsas təsiri neft bazarında hiss oluna bilər. İran mühüm neft istehsalçısıdır və dünya neftinin təxminən 20%-i Hörmüz boğazından keçir. Münaqişə uzanarsa, neftin bir barelinin qiyməti 80–100 dollaradək arta və qlobal inflyasiyanı yüksəldə bilər.
Bununla yanaşı, səhm və valyuta bazarlarında da dalğalanma gözlənilir. Dolların mövqeyi, İsrail şekeli və digər regional valyutalar təzyiq altında qala bilər. Analitiklər bildirirlər ki, qarşıdurmanın miqyası və müddəti bazarlardakı təsirin səviyyəsini müəyyən edəcək. (Reuters)