Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2026-cı il üzrə müxtəlif xidmət və malların tədarükü məqsədilə satınalma müsabiqəsi keçirir.
Modern.az xəbər verir ki, nəzərdə tutulan ümumi büdcə 1,006,545.90 azn-dir.
Məqsəd aidiyyatı binaların əsaslı təmiri, sürtkü materiallarının satınalınması, yanğından mühafizə vasitələrinə xidmət və yanğınsöndürən balonların doldurulmasıdır.
Satınalmalar qurumun maddi-texniki bazasının yenilənməsi və təhlükəsizlik standartlarının təmin edilməsi məqsədi daşıyır.