Modern.az

Neftin qiyməti 200 dollara qalxa bilər

Neftin qiyməti 200 dollara qalxa bilər

İqtisadiyyat

Bu gün, 00:56

İran İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli nümayəndəsi İbrahim Cabari Hörmüz boğazının bağlandığını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Boğaz bağlanıb və kimsə keçməyə cəhd etsə, İnqilab Keşikçilərinin və müntəzəm donanmanın qəhrəmanları həmin gəmiləri yandıracaq”, - o bildirib.

Bu açıqlamadan sonra qlobal enerji bazarlarında kəskin dalğalanma qeydə alınıb. “Brent” markalı neftin fyuçersləri gün ərzində 13%-dək artaraq bir barel üçün 82,37 dollara yüksəlib ki, bu da 2025-ci ilin yanvarından bəri ən yüksək göstərici olub. Daha sonra qiymət 4,87 dollar və ya 6,7% artımla 77,74 dollar səviyyəsində qərarlaşıb. ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı nefti isə 4,21 dollar və ya 6,3% bahalaşaraq 71,23 dollardan bağlanıb, gün ərzində isə 75,33 dollara qədər yüksəlib.

Analitiklər bildirirlər ki, Hörmüz boğazının real şəkildə bağlanması və ya uzunmüddətli hərbi eskalasiya qlobal tədarük zəncirinə ciddi zərbə vura bilər. Dünya neft ixracının əhəmiyyətli hissəsi məhz bu marşrutdan həyata keçirilir və daşımaların dayanması bazarda təklifin kəskin azalmasına səbəb ola bilər.

Bir sıra iqtisadçılar hesab edirlər ki, münaqişə uzanarsa və enerji infrastrukturu hədəfə çevrilərsə, neftin qiyməti 200 dollara qədər yüksələ bilər. Bu ssenari qlobal inflyasiyanı sürətləndirə, istehsal və nəqliyyat xərclərini artıra və dünya iqtisadi artımını zəiflədə bilər. Hazırda bazarlar regionda hadisələrin inkişafını diqqətlə izləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama