Yolların nişanlanmasına 30 milyon manata yaxın vəsait ayrıldı.
Modern.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 29,854,737.38 azn məbləğində tender elan edib.
Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək və yol infrastrukturunu müasirləşdirmək məqsədilə nişanlanma xətləri ilə yanaşı yol hərəkət nişanlarının quraşdırılması üçün dirək və panellər də alınacaq.