ABŞ-ın hərəkətləri – Venesuelaya qarşı tədbirlər və İrana qarşı hərbi əməliyyat – Çinə neft tədarükünü çətinləşdirib.
Modern.az xəbər verirk i, bu barədə Politico portalı analitik şirkət Kpler-in məlumatlarına istinadən yazır.
“Keçən il İran neftinin demək olar ki, hamısı və Venesuela neftinin yarıdan çoxu Çinə göndərilib… Hər iki ölkə birlikdə Çinin neft idxalının təxminən 17%-ni təmin edib… Çin artıq 2026-cı ildə İrandan idxalı azaltmağa başlayıb”, – materialda bildirilir.
Məlumata görə, Çinin ümumi neft idxalının təxminən yarısı ticarətində fasilələrlə üzləşən ölkələrdən daxil olub. İran və Venesueladan əlavə, söhbət Çinin daha beş tərəfdaş ölkəsindən gedir ki, onların logistika marşrutları Hörmüz boğazı ilə bağlıdır. İran daha əvvəl bu boğazın bağlandığını elan etmişdi.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İran hakimiyyəti Hörmüz boğazından gəmilərin hərəkətinə qadağa tətbiq edib. İslam İnqilabı Keşikçiləri Korpusu strateji su yolundan keçməyə cəhd edən bütün gəmilərin məhv ediləcəyi barədə xəbərdarlıq edib.