“ASAN xidmət” mərkəzlərinin və Dövlət Agentliyinin Aparatının fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə tender elan edilib.
Modern.az xəbər verir ki, tender çərçivəsində enerji infrastrukturuna genişmiqyaslı texniki dəstək xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən idarə olunan bu layihə generatorlar, stabilizatorlar, transformatorlar və UPS (fasiləsiz enerji mənbəyi) sistemlərinin mütəmadi olaraq saz vəziyyətdə saxlanılmasını hədəfləyir.
Avadanlıqların alınması və texniki xidmətin göstərilməsinə 1 059 740,30 azn məbləğində vəsait ayrılıb.