Körfəz regionunda baş verən münaqişələr tarixən qlobal enerji bazarlarına sürətli və güclü təsir göstərib. Region dünya neft və qaz tədarükünün mühüm hissəsini təmin etdiyindən burada yaranan hər hansı geosiyasi gərginlik qiymətlərdə dərhal dalğalanma yaradır. Körfəz bölgəsində başlayan yeni münaqişənin ilk həftəsinin statistik göstəriciləri də enerji bazarlarında ciddi qiymət artımlarının baş verdiyini göstərir. Bununla belə, qiymətlər hələ də əvvəlki illərdə qeydə alınmış rekord səviyyələrdən aşağı qalır.
Modern.az xəbər verir ki, ilk həftənin nəticələrinə görə, Brent xam neftin qiyməti həftə ərzində 27,9 faiz artıb. Buna baxmayaraq, bu göstərici hələ də 2008-ci ildə qeydə alınmış rekord səviyyədən təxminən 36 faiz aşağıdır.
Avropanın əsas qaz göstəricilərindən olan təbii qaz bazarında isə daha kəskin dinamika müşahidə olunub. Burada qiymətlər bir həftə ərzində 67 faiz yüksəlib. Bununla belə, qiymətlər 2022-ci ilin enerji böhranı dövründə qeydə alınan rekord göstəricidən təxminən 84 faiz aşağı səviyyədə qalır.
Elektrik enerjisi bazarında da artım müşahidə olunur. Avropa Birliyinin elektrik enerjisi bazarında qiymətlər 18,6 faiz yüksəlib. Lakin bu səviyyə də 2022-ci ilin rekord göstəricisindən təxminən 85 faiz aşağıdır.
Asiya regionunda kömür bazarında da qiymətlər yüksəlməyə davam edir. Qiymətləri həftə ərzində 15,5 faiz artıb, lakin bu göstərici 2022-ci ildə qeydə alınmış rekord qiymətlərdən təxminən 70 faiz aşağıdır.
ABŞ təbii qaz bazarında da artım nümayiş etdirib. ABŞ təbii qazı bir həftə ərzində 11,2 faiz bahalaşıb və hələ də 2005-ci ildə qeydə alınmış rekord qiymətdən təxminən 79 faiz aşağı səviyyədədir.