Modern.az

Azərbaycanda 3 dövlət qurumu barədə araşdırma başlandı

Azərbaycanda 3 dövlət qurumu barədə araşdırma başlandı

İqtisadiyyat

Bu gün, 13:55

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərenerji” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi barədə araşdırmalara başlayıb.

Modern.az xəbər verir ki, agentliyin öz təşəbbüsü ilə başladılan araşdırmalar təbii inhisar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlıdır.

Araşdırmaların predmeti isə Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarından ibarətdir.

Qeyd edək ki, təbii inhisar subyektləri sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarını rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada və qaydada rəqabət orqanına təqdim etməlidirlər. (İqtisadiyyat.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada