Azərbaycanın bank sektorunun ən aktiv üzvlərindən olan “Yelo Bank” 2025-ci ildə gəlirlərini əvvəlki illə müqayisədə 9,6% artaraq 200 milyon 736 min manata çatdırıb.
Modern.az xəbə verir ki, 2025-ci idlə bankı gəlirlərinin əsas hissəsi kredit portfeli üzrə faiz gəlirləri olub, bank bu mənbədən 168 milyon 932 min manat əldə edib ki, bu da ümumi gəlirlərin 84%-ni təşkil edir. Bu gəlirlər 2024-cü illə müqayisədə 25,6% artıb.
“Yelo Bank”ın ikinci ən çox gəlir mənbəyi komissiya haqlarıdır - bank ötən il komissiya haqlarından 11 milyon 648 min manat ələd edib ki, bu da, 2024-cü illə müqayisədə 32,6% azalma deməkdir. Komissiya haqları “Yelo Bank”ın ümumi gəlirlərində 6% yer tutur.
Bankın növbəti gəlir mənbəyi digər banklara yerləşdirilmiş depozitlərdir – ötən il bu mənbədən gəlirlər 9 milyon 675 min manat olub, ümumi gəlirlərin 5%-ni əhatə edib və bir ildə 37% azalıb.
“Yelo Bank”ın valyuta əməliyyatlarından gəlirləri isə 7 milyon 509 min manat, yəni ümumi gəlirlərin 4%-i səviyyəsində olmaqla bir ildə 40%-lik azalma göstərib.
“Yelo Bank”ın qiymətli kağızlara investisiyalardan gəlirləri 83% artaraq 500 min manata, digər banklara kreditlərdən gəlirlər isə təxminən 19% artaraq 1 milyon 302 min manata çatıb. Bu gəlir mənbələrindən daxilolmalar bütün gəlirlərin 1%-ini tutub.
Bankın digər faiz gəlirləri son bir ildə 24,7% azalaraq 10 min manata, digər qeyri-faiz gəlirləri isə bir il ərzində 30,5% azalaraq 1 milyon 170 min manata düşüb. Bu gəlirlərin ümumi gəlirlərdə payı 1%-dir.
2024-2025-ci illər ərzində “Yelo Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub: (Fed.az)
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
134 498 |
73% |
168 932 |
84% |
25,60% |
|
QK-a investisiyadan gəlir |
273 |
0% |
500 |
0% |
83,10% |
|
Digər banklara kreditlərdən gəlirlər |
1 097 |
1% |
1 302 |
1% |
18,70% |
|
Digər banklara depozitlərdən gəlirlər |
15 337 |
8% |
9 675 |
5% |
-37,00% |
|
Komissiya haqları |
17 272 |
10% |
11 638 |
6% |
-32,60% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
12 720 |
7% |
7 509 |
4% |
-40% |
|
Digər faiz gəlirləri |
247 |
0% |
10 |
0% |
24,7 dəfə azalma |
|
Digər qeyri-faiz gəlirləri |
1 685 |
1% |
1 170 |
1% |
-30,50% |
|
|
|||||
|
Cəmi gəlirlər |
183 129 |
100% |
200 736 |
100% |
9,60% |