Modern.az

Azərbaycan Qazaxıstan neftinin tranzitini artırdı

Azərbaycan Qazaxıstan neftinin tranzitini artırdı

İqtisadiyyat

Bu gün, 18:49

SOCAR və “KazMunayQaz” (KMG) şirkəti Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınması layihəsini uğurla davam etdirərək tranzit həcmini 4 milyon tona çatdırıblar.

Modern.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Qazaxıstan neftinin 427-ci partiyası “Prezident Heydər Əliyev” tankeri ilə martın 12-də Aktau limanından çıxıb və martın 13-də “Azərtrans” Səngəçal terminalına çatıb.

Bu günədək tranzit edilən həcmdən 3,8 milyon ton “Tengiz” yatağının, 200 min ton isə “Kaşağan” yatağının payına düşür.

Qeyd edək ki, “Tengiz” neftinin ilk partiyası 23 mart 2023-cü ildə, “Kaşağan” neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktaudan Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.

Layihədə Azərbaycan tərəfini SOCAR-ın törəmə müəssisəsi “SOCAR Midstream Operations” MMC təmsil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok iddia! Putin Xameneini Ö*LÜMDƏN QURTARDI - Moskvaya qaçdı