Modern.az

Bu ölkənin soğana tələbatını Azərbaycan ödəyir

Bu ölkənin soğana tələbatını Azərbaycan ödəyir

İqtisadiyyat

Bu gün, 12:39

Gürcüstanın soğan ixracı kəskin şəkildə artsa da, idxal hələ də üstünlük təşkil edir.

Modern.az rəsmi mənbələrə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-fevral aylarında Gürcüstan 148 min dollar (594 ton) dəyərində soğan ixrac edib. 

Qeyd edək ki, bu il bütün ixracat qonşu Ermənistan bazarına yönəlib.

Lakin idxal ixracdan xeyli yüksək olaraq qalır. 2026-cı ilin ilk iki ayında soğan idxalı 1,46 milyon dollar (6.034 ton) təşkil edib. Bu, bir il əvvəlkindən bir qədər azdır — dəyər baxımından 0,27%, həcm baxımından isə 5,1% azalma.

Əsas təchizatçılar isə Azərbaycan - 1,4 milyon dollar (5816 ton), Türkiyə - 52 min dollar (216 ton) və Hollandiya - 2 min dollar (0,9 ton) hesab olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV