Bu ilin yanvar-fevral aylarında Azərbaycan 189 min ABŞ dolları dəyərində 529 ton kartof ixrac edib.
Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 136 minABŞ dolları (3,5 dəfə) , həcm baxımından isə 351 ton ( 3 dəfə) çoxdur.
Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.