Modern.az

Kafe və restoranlara ən çox və ən az pul xərcləyən BÖLGƏLƏR

Kafe və restoranlara ən çox və ən az pul xərcləyən BÖLGƏLƏR

İqtisadiyyat

Bu gün, 12:55

2025-ci il üzrə Azərbaycanın rayon və şəhərlərində ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb.

Modern.az xəbər verir ki, ölkə üzrə bu sahədə ümumi dövriyyə 28 milyard 85 milyon 512 min manat təşkil edib.

Təqdim olunan statistikaya əsasən, iaşə dövriyyəsinin həcminə görə Bakı şəhəri 2 milyard 32 milyon 999 min manatlıq göstərici ilə liderlik edir. Siyahıda ikinci yeri 62 milyon 765 min manatla Sumqayıt şəhəri, üçüncü yeri isə 56 milyon 573 min manatla Gəncə şəhəri tutur. Naxçıvan Muxtar Respublikasında iaşə dövriyyəsi 53 milyon 717 min manat, Qəbələ rayonunda 32 milyon 499 min manat, Xaçmaz rayonunda isə 32 milyon 219 min manat təşkil edib.

Sıralamanın davamına nəzər saldıqda, Bərdə rayonunda 29 milyon 200 min manatlıq, Lənkəran rayonunda 28 milyon 156 min manatlıq, Abşeron rayonunda 26 milyon 250 min manatlıq, Şamaxı rayonunda isə 21 milyon 935 min manatlıq iaşə dövriyyəsinin olduğu bildirilir.

İqtisadi göstəricilərin minimum olduğu bu bölgələrdə iaşə sektorunun gəlirləri digər rayonlarla müqayisədə xeyli aşağıdır.

İşğaldan azad edilmiş ərazilər nəzərə alınmadan tərtib olunan siyahıda ən aşağı göstərici Ağstafa rayonuna məxsusdur; burada iaşə dövriyyəsi 4 milyon 542 min manat təşkil edib. Ardıcıllığa əsasən, Yardımlı rayonunda 4 milyon 386 min manat, Tərtər rayonunda 4 milyon 235 min manat, Oğuz rayonunda 3 milyon 573 min manat, Zərdab rayonunda 3 milyon 525 min manat, Qobustan rayonunda 3 milyon 215 min manat, Xızı rayonunda 3 milyon 66 min manat, Lerik rayonunda 2 milyon 654 min manat, Siyəzən rayonunda isə 2 milyon 490 min manat dövriyyə qeydə alınıb.

Məlumat üçün bildirək ki, iaşə dövriyyəsinin ən aşağı olduğu işğaldan azad edilmiş rayonlarda rəqəmlər daha aşağıdır: Xankəndi şəhərində 1 milyon 271 min manat, Daşkəsən rayonunda 788 min manat, Laçın rayonunda 725 min manat, Füzuli rayonunda 173 min manat, Kəlbəcər rayonunda 166 min manat, Ağdam rayonunda isə iaşə dövriyyəsinin həcmi cəmi 66 min manat təşkil edib. (FED.az)
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV