Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 585,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin yanacağa xərclədiyi vəsait əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62,2 milyon manat və ya 11,9% çoxdur.
Belə ki, 2025-ci ilin ilk iki ayında əhali avtomobil benzini və dizel yanacağına 523,1 milyon manat xərcləmişdi.
Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 5,7% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Qeyd edək ki, ötən ilin 30 dekabr tarixindən etibarən Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb.