Bu ilin yanvar-fevral aylarında Azərbaycan 2 milyon 686 min ABŞ dolları dəyərində 3 min 132 ton nar ixrac edib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 683,55 min dollar (20,3 %), həcm baxımından isə 714 ton (18,6 %) azdır.
Hesabat dövründə nar ixracından əldə ediən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.