Modern.az

21 milyon borcu var, yüz minlik yuyucu vasitələr alır

21 milyon borcu var, yüz minlik yuyucu vasitələr alır

İqtisadiyyat

Bu gün, 16:27

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi (VÖEN: 9900001751) yeni tender elan edib.

Modern.az xəbər verir ki, tender çərçivəsində yuyucu vasitələr və digər mal-materialın satın alınması nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 168 min 542 manat təşkil edir.

Tenderdə iştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manat təşkil edir. 

Əlaqələndirici şəxs: Elçin İbrahimov - Aparıcı məsləhətçi / [email protected] / +994 50 323 64 99 

Şərtlərə görə, iddiaçılar təkliflərini 24 aprel 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, Dövlət Xidməti bundan əvvəl yuyucu vasitələr və təsərrüfat mallarının satın alınması ilə bağlı “Fuad-Kimya Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2900614681) ilə satınalma müqaviləsi bağlayıb. 

Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 21 milyon 322 min 831 manat vergi borcu var. (FED.az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır