Modern.az

Bankların xalis mənfəəti 6 %-ə yaxın ARTIB

Bankların xalis mənfəəti 6 %-ə yaxın ARTIB

İqtisadiyyat

Bu gün, 16:22

2026-cı ilin yanvar-fevral aylarında banklar 189,7 milyon manat xalis mənfəət, 301,2 milyon  manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Modern.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,75 % çoxdur.

Bildirilir ki, 2 ay ərzində bankların əməliyyat gəlirləri 1 milyard 167,7 milyon manat (10,4 % çox), əməliyyat xərcləri 851,3 milyon manat (10 % çox), xüsusi ehtiyatlara ayırmaları 79,2 milyon manat (29,8 % çox), digər gəlirləri 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 47,7 milyon manat (9,4 % çox) təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır