Modern.az

Dövlət ipotekası iki dəfə azaldı

Dövlət ipotekası iki dəfə azaldı

İqtisadiyyat

Bu gün, 20:47

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 22,3 milyon manat kredit verilib.

Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 milyon manat və ya 2 dəfə azdır. Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 54,5 milyon manat olub ki, bu da 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 6,7 milyon manat və ya 14% çoxdur. Bundan başqa, hesabat dövründə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100 milyon manat və ya 2 dəfə azalaraq 100 milyon manat təşkil edib.

Eyni zamanda fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 21,3 milyon manat səviyyəsində müəyyənləşib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır