Modern.az

Satınalmalarda şübhəli məqamlar aşkarlanıb - HESABAT

Satınalmalarda şübhəli məqamlar aşkarlanıb - HESABAT

İqtisadiyyat

Bu gün, 11:50

Satınalmaların yarıdan çoxu bir mənbədən həyata keçirilib.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Palatanın sədri Vüqar Gülməmmədov deyib.   

Vüqar Gülməmmədov bildirib ki, 2025-ci ildə keçirilmiş nəzarət tədbirləri çərçivəsində 3560 satınalma (3,8 milyard manatlıq) araşdırılıb və 32 auditdə qanunvericiliyin pozulması halları aşkarlanıb.
Onun sözlərinə görə, satınalmaların yarıdan çoxu – 2119-u (təxminən 2 milyard manatlıq hissə) müsabiqəsiz, yəni bir mənbədən satınalma üsulu ilə həyata keçirilib.
Palata sədri əlavə edib ki, 13 qurumda 30 halda müqavilələrdən artıq xərclərə yol verilib. O vurğulayıb ki, satınalma müqavilələrində qiymət dəyişiklikləri ilə bağlı pozuntular ümumi halların təxminən üçdə birini təşkil edir və bu, risklərin mövcudluğunu göstərir.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi