Modern.az

Valyuta ehtiyatlarımız artıb - dövlət borcu azalıb

Valyuta ehtiyatlarımız artıb - dövlət borcu azalıb

İqtisadiyyat

Bu gün, 15:07

2026-cı ilin yanvar-mart aylarında dövlət maliyyəsi sahəsində büdcə gəlirləri 9 milyard 599 milyon manat olub.

Modern.az xəbər verir ki, bu barədə məlumat 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb. 

Məlumata görə, bu, ötən dövrlə müqayisədə 1,4 faiz azalma deməkdir. Büdcə xərcləri isə 7 milyard 817,1 milyon manat təşkil edib və 3,7 faiz azalıb. Bununla yanaşı, büdcədə 1 milyard 781,9 milyon manat həcmində profisit yaranıb. Strateji valyuta ehtiyatları 85 milyard 151,1 milyon dollar səviyyəsində qeydə alınıb və illik müqayisədə 15,9 faiz artıb. Xarici dövlət borcu 4 milyard 689,3 milyon dollar olub və 7,5 faiz azalıb.

Həmçinin bank sektorunda iqtisadiyyata kredit qoyuluşu 32 milyard 2,5 milyon manat təşkil edib və 8,8 faiz artım qeydə alınıb. Əhalinin banklardakı əmanətləri isə 17 milyard 209,3 milyon manata çataraq 16 faiz yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi