2026-cı ilin ilk aylarında xarici ticarət dövriyyəsi 6 milyard 278,5 milyon dollar olmaqla, 23,5 faiz azalıb.
Modern.az xəbər verir ki, bu barədə məlumat 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Məlumata əsasən, ixrac 9,6 faiz azalsa da, qeyri-neft ixracı 19,7 faiz artaraq müsbət dinamika göstərib. İdxal isə 37,1 faiz azalaraq ən kəskin geriləməni nümayiş etdirib.