Modern.az

Azərbaycanda inflyasiya faizi açıqlandı 

Azərbaycanda inflyasiya faizi açıqlandı 

İqtisadiyyat

Bu gün, 17:52

2025-ci ilin sonuna illik inflyasiya elan edilmiş hədəf diapazonu (4±2%) daxilində formalaşır.

Modern.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda öz əksini tapıb. 

Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin sonunda məhsul və xidmətlər üzrə istehlakçı qiymətləri indeksi illik 5,2% artır.

Hesabata əsasən, 2025-ci ildə ərzaq məhsulları üzrə illik inflyasiya 6,4%, qeyri-ərzaq məhsulları üzrə 2,5%, xidmətlər üzrə isə 5,7% təşkil edir.

Qiymətləri dövlət tərəfindən tənzimlənən və mövsümi xarakter daşıyan məhsul və xidmətlər nəzərə alınmadan hesablanan baza inflyasiya isə 2025-ci ilin dekabr ayında illik 4,8% səviyyəsində olur. İnflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici amillərlə bağlıdır. Xarici mənşəli xərc amillərinin qiymət dinamikasına təsiri daha yüksək olaraq qalır.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, 2025-ci ilin dekabr ayında illik inflyasiyaya ticarət tərəfdaşlarındakı inflyasiya 2,91 faiz bəndi artırıcı təsir göstərir, nominal effektiv məzənnə isə 0,34 faiz bəndi azaldıcı təsir edir. Eyni zamanda, dövr ərzində daxili təklif amilləri (kənd təsərrüfatı istehsalçı qiymətləri və s.) və tələbin (ev təsərrüfatlarının və dövlətin istehlakı) inflyasiyaya təsiri ümumilikdə artırıcı olur. Digər amillər, o cümlədən inflyasiya gözləntiləri isə azaldıcı təsir göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi