Modern.az

Neft-qaz sektorundan asılılıq azalır

Neft-qaz sektorundan asılılıq azalır

İqtisadiyyat

Bu gün, 18:00

Azərbaycanda maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit 2025-ci ildə qlobal geosiyasi risklərin artması fonunda ölkədə iqtisadi artım davam edib.

Modern.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının illik "Maliyyə Sabitliyi hesabatı"nda öz əksini tapıb. 

Məlumata görə, 2025-ci ildə ÜDM real ifadədə 1.4% artmış və onun nominal həcmi 129 mlrd. manata çatıb. Qeyri-neft-qaz sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi olub. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda ÜDM 1.6% azalıb, qeyri-neft-qaz sektorunda isə 2.7% artıb.

Hesabat ilində ÜDM-in 71.5%-i qeyri-neft-qaz sektorunun hesabına formalaşmışdır ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 3.7 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ÜDM 12.6 min manata bərabər olub. ÜDM-in 33%-i sənaye, 11.3%-i ticarət, 7.1%-i nəqliyyat, 6.5%-i tikinti, 5.9%-i kənd təsərrüfatı, 2.8%-i turizm, 2.1%-i informasiya və rabitə sahələrində, 21.7%-i isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 9.6 %-ni təşkil edib. Dövr ərzində ən yüksək iqtisadi artım informasiya və rabitə, turizm və emal sənayesi sektorlarında olmuşdur. Bu sektorlar müvafiq olaraq 8.7%, 8.5% və 7.9%- lik real artım nümayiş etdiriblər.    

Whatsapp
Bizə yazın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi