Modern.az

Kəlbəcər Turizm Mərkəzi üçün 247 min manatlıq müqavilə bağlandı

Kəlbəcər Turizm Mərkəzi üçün 247 min manatlıq müqavilə bağlandı

İqtisadiyyat

Bu gün, 20:25

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Kəlbəcər rayonunda həyata keçirilməsi planlaşdırılan turizm layihəsi ilə bağlı satınalma həyata keçirib.

Modern.az xəbər verir ki, satınalmanın predmeti Kəlbəcər Dağ Turizm Mərkəzinin yaradılması üzrə baş planın hazırlanmasının ikinci fazası üçün xidmətlərin alınmasıdır.

Məlumata əsasən, satınalmanın qalibi “Neugest 1957 SLU” şirkəti olub. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 247 468,65 AZN təşkil edir.

Satınalma “bir mənbə” metodu əsasında reallaşdırılıb. Müqavilə 13 aprel 2026-cı il tarixində imzalanıb. Layihə üzrə işlərin icrasına 10 aprel 2026-cı ildə başlanılıb və 30 sentyabr 2026-cı il tarixində başa çatdırılması nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi