2025-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlərin strukturu açıqlanıb.
Modern.az məlumatına görə, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Layihəyə əsasən, gəlir mənbələri arasında ən böyük payı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdan daxilolmalar – transfertlər təşkil edib. Bu istiqamətdən büdcəyə 14 milyard 481 milyon manat daxil olub. Bu, ümumi gəlirlərin təxminən 37 faizinə bərabərdir.
Ən çox gəlir gətirən 5 istiqamət belə sıralanır:
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan daxilolmalar (transfertlər) – 14 milyard 481 milyon manat
Əlavə dəyər vergisi (ƏDV) – 8 milyard 944 milyon 774 min 941 manat
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi – 6 milyard 694 milyon 634 min 192 manat
Malların idxalına görə əlavə dəyər vergisi – 4 milyard 322 milyon 334 min 695 manat
Fiziki şəxslərin gəlir vergisi – 2 milyard 21 milyon 472 min 252 manat.
Ən az gəlir gətirən 5 istiqamət isə bunlar olub:
2025-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği – 758 min 785 manat
Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar – 2 milyon 1 min manat
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar – 16 milyon 290 min 277 manat
Dövlət əmlakının və özəlləşdirilən obyektlərin altındakı torpaqların icarə və idarəetməyə verilməsindən daxilolmalar – 46 milyon 528 min 745 manat
Hüquqi şəxslərin torpaq vergisi – 47 milyon 341 min 230 manat