Modern.az

Azərbaycanda dollar-rubl əməliyyatları məhdudlaşdırılıb

Azərbaycanda dollar-rubl əməliyyatları məhdudlaşdırılıb

İqtisadiyyat

18 Dekabr 2014, 12:30



Beynəlxalq bazarlarda ABŞ dolları ilə rus rublu valyuta cütlüyünün aşağı likvidlik səbəbi ilə, bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən Bakı Fond Birjasinın ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjası yayıb.

Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.

BFB-də USD-RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı tərəfimizdən əlavə olaraq açıqlama veriləcəkdir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə