Modern.az

Neft son 5 ildə ən ucuz qiymətə düşdü

Neft son 5 ildə ən ucuz qiymətə düşdü

İqtisadiyyat

30 Dekabr 2014, 13:40

Dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşması davam edir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Şimal dənizində çıxarılan Brent markalı neftin 1 bareli London birjalarında 57 dollardan da aşağı düşərək 2009-cu ilin mayından bəri ən ucuz qiymətə satılır.

Ötən gün dekabr ayı üçün Brent markalı neftin qiyməti 1,56 faiz ucuzlaşaraq 1 barelə görə 56,96 dollar təşkil edib.

Paralel olaraq Nyu-York birjalarında da WTI markalı neft 1,38 faiz ucuzlaşaraq 1 barelə görə 52,87 dollara satılır.

Analitiklər isə neftin kəskin ucuzlaşmasını bazar iştirakçılarının dünya bazarında neft hasilatının OPEK ölkələri tərəfindən yüksək həcmdə saxlanması ilə izah edirlər.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə