Modern.az

“LUKoyl” şirkəti çirkli pulların yuyulmasında ittiham edilir

“LUKoyl” şirkəti çirkli pulların yuyulmasında ittiham edilir

İqtisadiyyat

3 Avqust 2015, 22:23


Rumıniya prokurorluğu “LUKoyl”-un törəmə şirkətini dələduzluq və çirkli pulların yuyulmasında ittiham edib.

APA-nın “Gazeta.ru”-ya istinadən xəbərinə görə, bu barədə Rumıniya maliyyə nazirliyinin açıqlamasında bildirilir.

Bloomberg agentliyinin məlumatına görə, prokurorluq “LUKoyl”- qarşı 1,77 milyard dollar məbləğində dələduzluq ittihamı irəli sürüb.

Qeyd edək ki, bundan əvvəl “LUKoyl” Rumıniyadakı aktivlərinin ətrafında yaranan münaqişəni nizamlamaq üçün Avropa Komissiyasına müraciət etmişdi. 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə