Modern.az

Dövlət Neft Fondu bu gün banklara 200 milyon dollar satıb

Dövlət Neft Fondu bu gün banklara 200 milyon dollar satıb

18 Yanvar 2016, 14:52



Yanvarın 18-də Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və bu vəsaitin 193 milyon 896 min ABŞ dolları 28 banka satılıb.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

İsa Hacıyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə