Modern.az

Neft bahalaşdı – 33,20 dollar

Neft bahalaşdı – 33,20 dollar

25 Yanvar 2016, 11:05


Dünya bazarlarında neft bahalaşmaqda davam edir.

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, Avropa Mərkəzi Bankı və Yaponiya Bankının iqtisadiyyatı stimullaşdırmaq üçün maliyyə paketi qəbul etməsi investorları rahatladıb.  

Nyu York birlasında Brent markalı neft 1,08% bahalaşaraq 33,2 dollara çatıb. WTI markalı neft isə 0,71% dəyər qazanaraq 32,42 dollara çatıb.  

Yaxın aylarda bazara İran neftinin daxil olacağını nəzərə alan analitiklər “qara qızıl”ın yenidən 30 dollardan ucuz satılacağını düşünür.    

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə