Modern.az

Milli Məclis 2016-cı ilin yenilənmiş dövlət büdcəsini təsdiqlədi

Milli Məclis 2016-cı ilin yenilənmiş dövlət büdcəsini təsdiqlədi

23 Fevral 2016, 14:36

Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə təklif olunan dəyişiklikləri qəbul edib.

Modern.az xəbər verir ki, dəyişikliklərə əsasən, dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16,822 milyard manat səviyyəsində gözlənilir ki, bu da təsdiq edilmiş proqnozlardan 15,5 faiz çoxdur.

Xərclər 18,495 manat səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri 1,673 milyard manat təşkil edəcək.

Dövlət və icmal büdcələrin parametrləri 1 barel neftin 25 dollar səviyyəsində dəqiqləşdirilib.

Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat