Modern.az

Azərbaycan qazını Avropaya daşıyacaq kəmərin çəkilişinə razılıq verildi

 Azərbaycan qazını Avropaya daşıyacaq kəmərin çəkilişinə razılıq verildi

İqtisadiyyat

3 Mart 2016, 21:43

 

Avropa Komissiyası Azərbaycan qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin bir qolu olan Trans-Adriatik Boru Kəməri (TAP) sazişinin reallaşmasına razılıq verib. Modern.az saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının bununla bağlı yazılı açıqlamasında bildirilir:  “Avropa Komissiyası Yunanıstan rəhbərliyi ilə Trans-Adriatik boru xətti arasında aparılan müqavilənin, Avropa Birliyinin dövlət yardımı normalarına uyğun olduğunu müəyyən edib. Layihə daxili bazardakı rəqabət qaydalarını pozmadan Avropa İttifaqının enerji təhlükəsizliyini və şaxələndirilməsini yaxşılaşdırır”.

Müqaviləyə görə 5 il ərzində layihəyə 5,6 milyard avro yatırılacaq. Bunun 2,3 milyard dollarını Yunanıstan tərəfi ödəyəcək.  

TAP müqaviləsi, 2013-cü il fevralın 13-də Yunanıstanın paytaxtı Afinada Yunanıstan, Albaniya və İtaliya tərəfindən imzalanıb. 2019-ci ildə istismara verilməsi planlaşdırılan boru kəmərinin başlanğıc gücü 10 milyard kubmetr, tutumunun daha sonra 20 milyard kubmetrə çıxarılması planlaşdırılır.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat