Modern.az

Rusiyanın qaz nəhəngi: “Türk axını”dan imtina etmirik”

Rusiyanın qaz nəhəngi: “Türk axını”dan imtina etmirik”

İqtisadiyyat

18 Mart 2016, 12:22

Rusiyanın ən böyük qaz şirkəti olan “Qazprom” “Türx Axını” qaz kəmərinin reallaşdırılmasından vaz keçmədiyini bildirib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şirkətin idarə heyətinin üzvü Oleq Aksyutin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından sonra layihə yenidən gündəmə gələcəyini bildirib.

“Türk Axını”nın reallaşdırılması müddəti Rusiya-Türkiyə münasibətlərinin nizamlanması və ölkələrarası sənədlərin imzalanmasıından sonra  qüvvəyə minəcək”.    

Aksyutinin sözlərinə görə “Türk Axını” “Qazprom”un Avropa bazarında nüfuzunu möhkəmləndirəcək və tranzit risklərini azaldacaq.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat