Modern.az

Zeynəb Xanlarovanın adından dələduzluq

Zeynəb Xanlarovanın adından dələduzluq

29 May 2025, 12:16

Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.

Modern.az xəbər verir ki, bu barədə Z.Xanlarovanın İnstaqram hesabında məlumat verilib.

"Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!", - deyə paylaşımda bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı