Modern.az

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

Mədəniyyət

30 Sentyabr 2025, 13:30

"Cabirin ölümü çox vaxtsız oldu. Hələ də onun öldüyünə inana bilmirik".

Modern.az xəbər verir ki, Əməkdar artist Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlamasında bunu "Space TV"nin direktoru Vado Korovin deyib.

O bildirib ki, Cabir İmanov mehriban insan olub:

"Mən onu uşaqlıqdan tanıyıram, bir məktəbdə oxumuşuq. Ən sevdiyi əmək fənni idi. Cabir İmanov istedadlı idi. Maşınları çox sevirdi, həvəskarı idi. "Ağa Natiq" obrazı da məhz maşına olan həvəsindən dolayı ərsəyə gəlmişdi. O, həmin obrazı da professional oynayırdı. Cabiri heç kim əvəz edə bilməz. Sonuncu dəfə sentyabrın 7-də dostumuzun övladının toyunda görüşmüşdük. Ölüm heyif ki, ən gözəl insanları aparır. Buna təəssüflənirəm".

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!